RU
İspaniyada qatar relsdən çıxıb: Ölənlər var – YENİLƏNİB
15:15
416

İspaniyada qatar relsdən çıxıb: Ölənlər var – YENİLƏNİB

İspaniyanın Qalisiya muxtar icmasında qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı dördə çatdı, bu barədə Qalisiya hökuməti məlumat yayıb.

7News.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ölənlər arasında qatarın milliyyətcə portuqal olan maşinisti ölüb.

47 nəfər yaralanıb, onlar xəstəxanaya yatırılıblar.

Qəzadan sonra sərnişinlərin əksər hissəsi vaqonlardan çıxa bilib. Portuqaliyanın "Comboios Portugal” şirkətinə məxsus qatar Viqodan Portu şəhərinə istiqamət götürmüşdü. Qatarda 65 nəfər olub – 63 sərnişin, maşinist və nəarətçi. 

Hadisənin səbəbləri məlum deyil. İlkin olaraq qəzanın səbəbi kimi körpü yaxınlığında qatarın döngədən çıxa bilməməsi göstərilmişdi. Daha sonra bu ərazidə ətarfın yaxşı göründüyü bəyan edildi. Qatar relsdən çıxdıqdan sonra elektrik ötürücüsü səddinə çırpılıb. Qəza stansiyadan 200 metr məsafədə baş verib. 

12:49

İspaniyada sərnişin qatarı relsdən çıxıb. Nəticədə azı iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. 

7News.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Voz de Galicia” qəzeti məlumat yayıb. 

Məlumata görə, qəza Qalisiyada Porrino bələdiyyəsində baş verib. 

Hazırda Louredo-Valos və Porrino arasında dəmiryolu əlaqəsi pozulub. 

Baş verənlərin səbəbi məlum deyil. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ