İspaniyanın La-Qomera adasında britaniyalı turistləri daşıyan avtobusun dərəyə aşması nəticəsində azı bir nəfər ölüb, 27 nəfər yaralanıb.
7News.Az "Reuters"ə istinadən xəbər verir ki, yaralılardan üçünün vəziyyəti ağırdır.
Məlumata görə, zərərçəkənlər helikopterlə xəstəxanaya çatdırılıblar. Sərnişinlər arasında 27 Böyük Britaniya vətəndaşı olub.
Avtobusun yerli turizm şirkətinə məxsus olduğu qeyd olunur. Hadisənin səbəbləri araşdırılır.








