Kataloniya separatçıları üçün nəzərdə tutulan amnistiyaya etiraz edən ispanlar İspaniyanın baş naziri Pedro Sançesin Madriddəki partiyasının qərargahı qarşısında polislə şiddətli toqquşmaya çıxıblar.
7NEWS.az xəbər verir ki, İspaniya hökumətinin 2017-ci ildə bölgənin İspaniyadan qeyri-qanuni ayrılma cəhdində iştirak edən yüzlərlə katalonunu azad etmək planına və ondan sonra baş verən iğtişaşlara etiraz etmək üçün son beş gecə ərzində dördüncü dəfə İspaniya Sosialist İşçi Partiyasının binası yaxınlığında 7 minə yaxın insan toplaşıb.
7NEWS.az








