İspaniya hökuməti BMT-nin fələstinli qaçqınlara yardım agentliyinə 2 milyon avro bağışlayıb.
Bu barədə agentlikdən verilən yazılı açıqlamada qeyd edilib.
Məlumata əsasən, sözügedən məbləğ 500 mindən çox fələstinli qaçqın uşağın təhsil almasına xərclənəcək.
Qeyd edək ki, İspaniya 2007-ci ildən bəri agentliyin hesabına 94,4 milyon avro köçürüb./qafqazinfo
7news.Az








