RU
İspaniyanın baş naziri G-20 Sammitində iştirak etməyəcək
14:40
165

İspaniyanın baş naziri G-20 Sammitində iştirak etməyəcək


İspaniyanın Baş naziri Pedro Sançesin bu gün Covid-19 testinin müsbət çıxdığı və bu səbəbdən sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G-20 Sammitində iştirak etməyəcəyi bildirilib.

7NEWS.az xəbər verir ki, G-20 Sammitində iştirak etmək üçün bu gün günortadan sonra Covid-19 üçün test edilən Baş nazir Sançesin testinin müsbət çıxdığı açıqlandı. Baş nazirlik mənbələrinin İspaniya mətbuatına verdiyi məlumatda Sançesin səhhətinin yaxşı olduğu və Madriddəki iqamətgahında işləməyə davam edəcəyi qeyd edilib. Sançesin sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G-20 Sammitində iştirak etməyəcəyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ