İspaniyada 76 yaşlı Pompeyo Qonzales Pascual 2022-ci ildə İspaniyanın baş naziri Pedro Sançesə və ABŞ və Ukraynanın paytaxt Madriddəki səfirliklərinə bomba məktubu göndərdiyi səbəbi ilə 2023-cü ilin yanvarında həbs edilib.
7NEWS.az xəbər verir ki, İspaniya Milli Məhkəməsi ölkənin baş naziri Pedro Sançes başda olmaqla bir çox hərbi və diplomatik hədəflərə bombalı məktublar göndərən şəxsin 18 il həbs cəzasına məhkum edilməsinə qərar verib. Çərşənbə axşamı verilən qərara əsasən, 76 yaşlı Pompeyo Qonzales Pascual terror aktları törətməkdə təqsirli bilinərək 10 il, qanunsuz partlayıcı maddələrin hazırlanması və terror məqsədləri üçün istifadə edilməsinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib.
7NEWS.az








