İspaniyanın Valensiya şəhərində mənzildə baş verən yanğında 4 nəfərin öldüyü bildirilib
İspaniyanın şərqindəki Valensiya şəhər mərkəzində ötən gecə yanan yaşayış binasında 4 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı, 19 nəfərin isə itkin düşdüyü bildirilib.
7NEWS.az xəbər verir ki, ötən gecə yerli vaxtla saat 17.30 radələrində (yerli vaxtla 19.30) Valensiya şəhərinin Campanar rayonunda bir mənzildə, ümumilikdə 138 mənzildən ibarət 2 bloklu, 14 mərtəbəli yaşayış binasında baş verən yanğın sürətlə yayılıb. Səlahiyyətlilər mənzildə yanğının nəzarət altına alındığını, lakin daxili mənzillərə hələ də girişin mümkün olmadığını bildiriblər.
7NEWS.az