RU
İspaniyaya gələn mühacirlərin sayı 66 faiz artdı
15:35
53

İspaniyaya gələn mühacirlərin sayı 66 faiz artdı


Son bir ildə İspaniyaya qeyri-qanuni mühacirlərin sayı 66,2 faiz artsa da, Kanar adaları qrupu ən çox immiqrant qəbul edən yer olaraq önə çıxır.

7NEWS.az xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 1-dən avqustun 15-dək İspaniyaya 31 min 155 qeyri-qanuni mühacir daxil olub. Bu rəqəm 18 min 745 qeyri-qanuni immiqrantın gəldiyi əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 66,2 artımla diqqət çəkib. 2024-cü ildə 15 avqusta qədər İspaniyaya qeyri-qanuni yollarla daxil olan qeyri-qanuni immiqrantlardan 29 min 512-si dəniz yolundan istifadə edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ