İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində daha 25 fələstinlini saxlayıb.
7NEWS.az xəbər verir ki, Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatında İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsdə basqınlarını davam etdirdiyi bildirilib. İsrail qüvvələrinin dünəndən etibarən işğal altındakı İordan çayının qərb sahilindəki Nablus, Ramallah, Cenin və Hebron şəhərlərində və Qüdsdə keçmiş məhbusların da olduğu azı 25 fələstinlini nəzarətə götürdüyü bildirilib.
7NEWS.az








