Qəzza müharibəsinin başlamasından sonra İsrail ölkə daxilində 600-ə yaxın silahlı "könüllü” təhlükəsizlik dəstələri yaratdı. Bu şəxslərə 40 min silah veriləcəyi bildirilsə də, fəallar bu qrupları "özəl milis qüvvələri” kimi qələmə verirlər.
7NEWS.az xəbər verir ki, İsrail Qəzzada yerləşən Fələstin silahlı qrupları ilə müharibənin başlamasından sonra yüzlərlə yeni "könüllü təhlükəsizlik qrupları” yaratdığını açıqlayıb. Təl-Əviv administrasiyası bəyan edib ki, əgər ölkə daxilində yəhudi-ərəb iğtişaşları artarsa, onları silahlandıracaq. İctimai fəallar bu qrupları "özəl milis qüvvələri” kimi xarakterizə edirlər.
7NEWS.az








