RU
İsrail 83 min fələstinlinin ölkəyə girişini qadağan etdi
12:13
967

İsrail 83 min fələstinlinin ölkəyə girişini qadağan etdi

İsrail rəhbərliyi müqəddəs Ramazan ayı ərzində 83 min fələstinlinin ölkəyə girişini qadağan edib.

 

Bu barədə 7news.Az “Frans Press” agentliyinə istinadən xəbər verir. 

Məlumata əsasən fələstinlilərin ölkəyə girişinin qadağan olunması ötən gün Təl-Əvivdə dörd nəfərin ölümü ilə nəticələnən terror aktları ilə bağlıdır. 

“Ramazan ayında İudeya və Samariya dairəsi İsrailə xüsusi ilə ailəvi gəzintilər üçün verilən bütün icazələr dondurulub”, - deyə İsrailin Müdafiə Nazirliyi yanında “COGAT” xidmətinin yaydığı məlumatda bildirilir. 

Tel-Əvivdə baş verən silahlı hücum nəticəsində ölən və yaralanalar olub.

hadisə Tel-Əvivin mərkəzində yer alan Sarona bölgəsində baş verib. 

İsrail polisinin rəsmisi Miki Rosenfeld bildirib ki, silahlı iki nəfərin yoldan keçənlərə atəş açması nəticəsində 4 nəfər ölüb, səkkiz nəfər yaralanıb. O, deyib ki, xəstəxanaya qaldırılaraq müalicə altına alınan yaralıların bəzilərinin vəziyyəti ağırdır. M.Rosenfeld hadisə yerində olan polislərin, təcavüzkarları nəzarət altına aldığını söyləyib.

Polis sözçüsünün açıqlamasında, həmçinin hücumu həyata keçirdiyi iddiasıyla nəzarətə alınan iki nəfərin işğal altındakı İordan çayının cənubundakı Əl Xaliq şəhərində qeydiyyatda olan eyni ailədən 20 yaşlarında iki fələstinli olduğu bildirilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ