İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Konrikus bildirib ki, HƏMAS bütün məhbusları azad edib təslim olsa, Qəzza zolağında quru əməliyyatı olmayacaq.
7NEWS.az xəbər verir ki, Avstraliyanın ABC radiosuna danışan İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Conatan Konrikus günlərdir gündəmdə olan 'Qəzzada quru əməliyyatı' ilə bağlı verdiyi açıqlamada, "Əgər onlar qeyd-şərtsiz təslim olsalar, o zaman müharibə bitəcək” dedi. Konrikus vurğulayıb ki, HƏMAS bu şərtləri yerinə yetirməsə, İsrail ordusu Qəzzada quru əməliyyatı keçirməli olacaq.
7NEWS.az








