RU
İsrail Almaniyadan yeni sualtı qayıqlar alacaq
16:10
327

İsrail Almaniyadan yeni sualtı qayıqlar alacaq

Almaniyanın "ThyssenKrupp” şirkəti İsrail üçün 3 milyard avro məbləğində yeni "INS Dakar” seriyalı 3 sualtı qayıq istehsal edəcək.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İsrail və Almaniya Müdafiə nazirlikləri şirkətlə müvafiq müqavilə imzalayıb. İsrail Müdafiə Nazirliyi bildirib ki, həmin gəmilərdən birincisi qarşıdakı 9 il ərzində tədarük ediləcək.

Müqavilənin bir hissəsi iki ölkə arasında 2017-ci ildə imzalanmış sazişə uyğun olaraq, Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcəyi də diqqətə çatdırılıb.

Bundan əlavə, Almaniya tərəfinin İsrail sənayesinə, o cümlədən müdafiə təyinatlı istehsala 850 milyon avro məbləğində sərmayə qoyulmasını nəzərdə tutan strateji sənaye sazişi imzalanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ