RU
İsrail Almaniyaya
16:23
81

İsrail Almaniyaya "Arrow-3" raketdən müdafiə sistemi satacaq


Qərb ekspertlərinin fikrincə, Rusiyanın Ukraynaya hücumu bir çox Avropa ölkələrində yerüstü hava hücumundan müdafiə sistemlərinin qeyri-kafi olduğunu və ya qitənin hazırlıqsızlığını ortaya qoydu.

7NEWS.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada Vaşinqtonun ABŞ-İsrailin birgə istehsalı olan "Arrow-3" raketdən müdafiə sisteminin Almaniyaya satışını təsdiqlədiyi bildirilib. Bəyanatda deyilir ki, 3,5 milyard dollar dəyərində olan satış İsrailin indiyə qədərki ən böyük müdafiə müqaviləsi olacaq.

Açıqlamada, İsrail və Almaniyanın layihənin başlanması üçün 600 milyon dollarlıq ilk ödəniş tranşı da daxil olmaqla öhdəlik məktubu imzalayacağı, həmçinin bütün müqavilənin ABŞ tərəfindən imzalanmağa hazır olacağı qeyd edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ