RU
İsrail əsgərləri İordan çayının qərb sahilində 20 fələstinlini saxlayıb
16:02
29

İsrail əsgərləri İordan çayının qərb sahilində 20 fələstinlini saxlayıb


İsrail ordusunun son 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahilində daha 20 fələstinlini nəzarətə götürdüyü bildirilib.

7NEWS.az xəbər verir ki, Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfindən verilən ortaq açıqlamada İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib. Qeyd olunub ki, İsrail əsgərləri son 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahilinin Beytləhm, Hebron və Qalkilya şəhərlərində və Qüdsdə aralarında uşaqlar və keçmiş məhbusların da olduğu ən azı 20 fələstinlini nəzarətə götürüb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ