RU
İsrail əsgərlərinin Qəzzaya növbəti hücumu - Ölən və yaralananlar var
10:40
394

İsrail əsgərlərinin Qəzzaya növbəti hücumu - Ölən və yaralananlar var

Fələstinlilərin İsrailin Qəzzanı işğalına qarşı başladığı Böyük Qayıdış Yürüşünün 15-ci cüməsində növbəti qanlı hadisə yaşanıb.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail əsgərlərinin açdığı atəş nəticəsində 1 nəfər ölüb, 396 nəfər yaralanıb. Fələstinin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Kudra ölən şəxsin 22 yaşlı Məhəmməd Camal Alian Əbu Həlimə olduğunu bildirib. 

 

Qeyd edək ki, martın 30-dan etibarən İsrail əsgərləri 137 nəfər fələstinlini qətlə yetirib, 15 mindən çox insanı isə yaralayıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ