RU
İsrail HƏMAS-ın raket hücumuna aviazərbələrlə cavab verdi
10:20
183

İsrail HƏMAS-ın raket hücumuna aviazərbələrlə cavab verdi

İsrail ordusu Qəzza sektorunda Fələstinin HƏMAS hərəkatının mövqelərinə zərbə endirib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, Hərbi Hava Qüvvələri HƏMAS-ın Qəzza sektorunun şimalındakı hərbi bazasına və batalyonlardan birinin komandirinin ofisinə zərbələr endirib.

Zərbə Qəzza sektorundan atılan raketlərə cavab olaraq endirilib.

Hələlik həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ