Bu gün səhər saatlarında İsrail və HƏMAS arasında sülh planının birinci mərhələsinin imzalanmasından sonra Qəzzada fələstinlilər küçələrə çıxaraq sevinclərini bölüşüblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Razılaşmanın rəsmi elanından dərhal sonra minlərlə Qəzza sakini şəhərin müxtəlif küçə və meydanlarına axışaraq müharibənin dayandırılmasını alqışlayıblar.








