RU
İsrail hərbçiləri 3 fələstinlini öldürüb
12:02
40

İsrail hərbçiləri 3 fələstinlini öldürüb


7NEWS.az xəbər verir ki, İsrail qüvvələri İordan çayının qərb sahilindəki Nablus şəhərinin Köhnə şəhər bölgəsinə basqın edib. Yerli mənbələrdən verilən açıqlamada İsrail qüvvələrinin Əl-Yasmina rayonunda bir evi mühasirəyə alaraq atəş açdığı bildirilib. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada hadisə nəticəsində 3 fələstinlinin öldüyü bildirilib. Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail qüvvələrinin İçərişəhərə basqınlarında 4-ü güllə yarası ilə yaralanan 14 nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ