7NEWS.az xəbər verir ki, İsrail-Livan sərhədində toqquşmaların intensivliyi artmaqda davam edir. İsrailin Mülki Müdafiə Agentliyi ölkənin Livana yaxın şimal bölgələrində məktəblərin bağlanması barədə göstəriş verib. İsrail ordusu Hizbullah qüvvələrinin son bir neçə saat ərzində İsrailin şimalına təxminən 115 raket atdığını açıqlayıb.








