RU
İsrail “Hizbullah”ın Livandakı mövqelərinə zərbə endirib
10:30
39

İsrail “Hizbullah”ın Livandakı mövqelərinə zərbə endirib

İsrail ordusu "Hizbullah”ın Livandakı hədəflərinə zərbə endirib.

Bu barədə ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri hazırda Livandakı "Hizbullah” terror qruplaşmasının hədəflərinə zərbələr endirir”, - bəyanatda deyilir.

Digər təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ