RU
İsrail
11:10
49

İsrail "Hizbullah"ın Livandakı obyektinə raket zərbəsi endirib

İsrail ordusu Livandan ölkə ərazisinə hücumlara cavab olaraq bu ölkəyə raket zərbəsi endirib.

İsrail ordusuna məxsus qırıcı təyyarə "Hizbullah"ın hərbi obyektini gecə saatlarında vurub.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ