İsrail Ordusu "Hizbullah”ın pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bunu İsrail Ordusu tviterdə açıqlayıb.
"İsrail ordusu Livandan İsrailin hava məkanına daxil olan "Hizbullah” terror təşkilatına məxsus uçuş aparatını aşkar edərək vurub”, - İsrail Ordusu bildirib.
Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası "Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.








