İsrail ordusunun Qəzza zolağının Xan-Yunis rayonuna endirdiyi hava zərbəsi nəticəsində Fələstinin "İslami Cihad" qruplaşmasının komandirlərindən biri Mahmud Yusuf Əbu Tahi öldürülüb.
7News.Az İsrail KİV-ə istinadən xəbər verir ki, məlumatı HƏMAS-ın Fələstin İnformasiya Mərkəzi də təsdiq edib.
İsrail tərəfi iddia edir ki, Mahmud Yusuf Əbu Tahi altı il İsraildə həbsdə yatıb. O, 2022-ci ildə həbsxanasından çıxıb və "İslami Cihad"a qoşulub.








