7NEWS.az xəbər verir ki, İsraildəki mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq və təhlükəsizlik müşavirlərinin tövsiyələrini yerinə yetirən FIBA Europe, FİBA Avropanın çətiri altında keçiriləcək bütün yarışlarda İsrail komandalarının iştirak etdiyi bütün matçları növbəti xəbərdarlığa qədər dayandırmağa qərar verdi. Qərar qadınlar arasında Avropa Kuboku (Avrokubok) və FİBA Avropa Kubokunda beş İsrail komandasının oynadığı bütün ev və səfər oyunlarını əhatə edəcək və dərhal qüvvəyə minəcək.
7NEWS.az








