RU
İsrail Livanla sərhəddəki şəhəri təxliyə edir
12:40
25

İsrail Livanla sərhəddəki şəhəri təxliyə edir

İsrail Müdafiə Nazirliyi və Müdafiə Ordusu Livanla sərhəddə yerləşən Kiryat-Şmon şəhərinin təxliyəsini elan edib.

Bu barədə birgə bəyanat İsrail Ordusunun mətbuat xidməti tərəfindən dərc olunub.

Məlumata görə, sakinlər dövlət tərəfindən təmin olunan qonaq evlərinə yerləşdiriləcək.

Təxliyə planının İsrailin müdafiə naziri Yoav Qalant tərəfindən təsdiqləndiyi qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ