7NEWS.az xəbər verir ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində mühasirəsi ikinci gündür ki, davam edir. İsrail ordusu şəhərdəki Halil Süleyman Dövlət Xəstəxanasını gözyaşardıcı qazla hədəfə alıb. Həvəskar kameralara əks olunan anlarda xəstəxananın bağçasına gözyaşardıcı qaz balonlarının atıldığı, ətrafdakı insanların təşviş içində qaçdığı görülüb. Onlarla insanın qazdan zərər çəkdiyi bildirilib.
7NEWS.az








