RU
İsrail ordusu HƏMAS-ın daha bir rəhbər şəxsini məhv edib
12:10
14

İsrail ordusu HƏMAS-ın daha bir rəhbər şəxsini məhv edib

İsrail ordusu HƏMAS-ın rəhbər şəxslərindən biri olan Camal Mussanı məhv edib.

Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, o, qruplaşmanın xüsusi təhlükəsizlik əməliyyatlarına cavabdeh şəxs olub.

Məlumatda həmçinin HƏMAS-ın daha bir neçə hərbçisinin öldürüldüyü vurğulanıb.

Bundan başqa, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi düşərgəsinə nəzarəti ələ keçirib. Qeyd olunub ki, ərazidə müşahidə məntəqələri, yaraqlılar üçün təlim sahələri və yeraltı tunellər var.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ