RU
İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini məhv edib
11:02
31

İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini məhv edib

İsrailin Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın komandanlıq mərkəzlərinə hava zərbəsi endirib. Müvafiq paylaşım ordunun teleqram kanalında yerləşdirilib. “İsrail Ordusu gün ərzində Qəzza zolağında HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirməkdə davam edib. Hədəflər arasında terrorçular, əməliyyat komandanlıq mərkəzləri və onlarla minaatan var”, - məlumatda bildirilir. Söhbət həm də yeraltı tunellərdən çıxarkən aşkarlanan bir neçə HƏMAS döyüşçüsünün məhv edilməsindən gedir. Tunelin özü də vurulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ