RU
İsrail ordusu HƏMAS-ın qalasını ələ keçirdi
11:30
41

İsrail ordusu HƏMAS-ın qalasını ələ keçirdi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının yaraqlılarının mühüm qalasının ələ keçirildiyini açıqlayıb.

Bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, Givati ​​Briqadasının əsgərləri baza üzərində nəzarəti bərqərar edib, orada çoxlu sayda əməliyyat xəritələri və komanda sənədləri, o cümlədən terror təşkilatının hazırkı komandirlərinin şəxsi məlumatları aşkar edilib.
Ordunun mətbuat xidməti bildirib ki, aşkar edilən bütün məlumatlar İsrail tərəfinin HƏMAS-a qarşı döyüşlərdə uğur qazanması üçün vacib ola bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ