RU
İsrail ordusu “Hizbullah”la döyüşlərdə 4 hərbçisini itirib
10:30
24

İsrail ordusu “Hizbullah”la döyüşlərdə 4 hərbçisini itirib

Livanın cənubunda "Hizbullah”a qarşı döyüşlərdə İsrail ordusunun dörd hərbçisi həlak olub, 2-si isə yaralanıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dünən yerli vaxtla saat 18:30 radələrində Livanın cənubunda İsrail ordusunun hərbi birləşmələri ilə "Hizbullah” silahlılarından ibarət bir dəstə arasında silahlı qarşıdurma yaşanıb. Yaxın məsafədən gedən bu döyüşdə 4 hərbçi həlak olun, ikisi isə yaralanıb.

"Hizbullah” silahlılarının da çoxlu itki verdiyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ