RU
İsrail ordusu İranda raket mühərriki istehsal edən müəssisəyə zərbələr endirib
13:00
34

İsrail ordusu İranda raket mühərriki istehsal edən müəssisəyə zərbələr endirib

İsrail ordusu İranda raket mühərriki istehsalı müəssisəsinə və bir neçə ballistik raket buraxılışı meydançasına zərbələr endirib.

7News.Az Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən məlumat verilib.

"İsrail Hərbi Hava Qüvvələri İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsasən İranda hərbi infrastruktura zərbələr endirib. İsrail Müdafiə Qüvvələri raket mühərriklərinin istehsal olunduğu obyektə və İsrail dövlətinə doğru buraxılışlar üçün hazırlanmış bir neçə uzaqmənzilli ballistik raket buraxılışı məntəqəsinə zərbələr endirib", - deyə məlumatda bildirilib.

Qeyd edilir ki, İsrail ordusu İrandakı infrastruktur obyektlərinə zərbələr endirməyə davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ