RU
İsrail ordusu Livanda HƏMAS komandirini zərərsizləşdirib
17:30
31

İsrail ordusu Livanda HƏMAS komandirini zərərsizləşdirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus uçuş aparatı Livanın şərqindəki Bekaa vadisində HƏMAS-ın səhra komandirlərindən biri Məhəmməd Cabaranı hava zərbəsi ilə zərərsizləşdirib.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, M.Cabara Livandan İsrailə qarşı terror aktları və raket buraxılışına görə məsuliyyət daşıyırdı.

"Bu addım HƏMAS-ın İsrailin şimal sərhədi ərazisində ölkəyə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək imkanlarını azaldır”, - məlumatda qeyd edilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ