RU
İsrail ordusu ölkənin bütün ərazilərinə nəzarəti bərpa etdi
17:00
49

İsrail ordusu ölkənin bütün ərazilərinə nəzarəti bərpa etdi

İsrail hərbçiləri ölkənin cənubunda HƏMAS döyüşçülərinin daxil olduğu bütün yaşayış məntəqələri üzərində nəzarəti bərpa edib.

7News.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirilib.

"Biz bütün yaşayış məntəqələrinə nəzarət edirik", - deyən Daniel Haqari ölkə ərazisində hələ də ayrı-ayrı döyüşçülərin ola biləcəyini qeyd edib.

Bundan başqa, ordu nümayəndəsi İsrail hərbçilərinin ölkə ərazisi üzərində nəzarəti bərpa etdikdən sonra Qəzza zolağında HƏMAS-a qarşı hücum mərhələsinə keçəcəyini bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ