İsrail qüvvələri Qəzza zolağının ən böyük sağlamlıq kompleksi olan Şifa xəstəxanasını zəbt etdikdən 14 gün sonra bütün xəstəxananı yerlə-yeksan edərək, onlarla ölü buraxaraq geri çəkilib.
7NEWS.az xəbər verir ki, şahidlərin AA müxbirinə verdiyi məlumata görə, İsrail ordusunun qüvvələri Şifa xəstəxanası və ətraf qəsəbələrdən tamamilə geri çəkilərək Qəzza şəhərinin cənub-qərbində Tel əl-Heva bölgəsinin cənubuna gedib. Hadisə şahidləri İsrail qüvvələrinin geri çəkilməzdən əvvəl Şifa xəstəxanasının bütün binalarını yandırdıqlarını və tamamilə istifadədən çıxardıqlarını, xəstəxananın cərrahiyə binasının döşəmə və otaqlarını tamamilə dağıtdıqlarını, qalanlarını yandırdıqlarını, əsas qəbul və qəza binasını yandırdıqlarını və dağıddıqlarını bildiriblər.
7NEWS.az








