"Qəzza zolağında azı 240 nəfər girovluqda saxlanılır".
Bunu İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Xaqari bildirib.
Onun sözlərinə görə, 240 girov barədə ailə üzvlərinə məlumat verilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb.








