RU
İsrail parlamenti “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi
22:45
1683

İsrail parlamenti “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi

Bir qrup vətəndaş Knessetinin qarşısında aksiya keçirib.

“Erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin iclasında səsverməyə çıxarılmayıb.

7news.Az-ın News.am-a istinadən məlumatına görə, bunu Təl-Əviv erməni patriarxiyasının diplomatı Koryun Ata deyib.

O bildirib ki, iclas zamanı “erməni soyqırımı” məsləsi səsverməyə qoyulmayıb. Hökumət nümayəndəsi təhsil Komissiyasında bəzi məsələlərin müzakirə olunmasını təklif edib.

Koryun Ata əlavə edib ki, bu gün, iyulun 5-də,bir qrup onlarla vətəndaş Knessetinin qarşısında “erməni soyqırımı”nın tanınması tələbi ilə aksiya keçirib.

Xatırladaq ki, İsrail parlamentinin üzvü Robert İlatov ANS TV-yə bunun sadəcə bir qrup erməniyönümlü deputatın iddiası olduğunu və heç bir hüquqi əsasa malik olmadığını demişdi.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ