RU
İsrail polisinin himayə etdiyi fanatiklərin Məscidül-Əqsaya basqınları davam edir
17:13
18

İsrail polisinin himayə etdiyi fanatiklərin Məscidül-Əqsaya basqınları davam edir


7NEWS.az xəbər verir ki, İsrail polisinin himayəsində olan onlarla fanatik yəhudi məskunlaşmaçı işğal altındakı Şərqi Qüds şəhərindəki Məscidül-Əqsaya basqın edib. Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində səhər saatlarında onlarla fanatik yəhudinin qrup halında Məscidül-Əqsanın həyətinə girərək Talmud ayinlərini yerinə yetirdiyi bildirilib. Yəhudi köçkünləri qoruyan və Məscidül-Əqsanın həyətində yerləşdirilən İsrail polisinin səhər namazı üçün Əqsaya gələn müsəlmanların kimliklərini yoxlayaraq çətinliklərə səbəb olduğu qeyd edilib. İsrail qüvvələrinin himayəsi altında 85 radikal yəhudi köçkün dünən Məscidül-Əqsaya təxribat xarakterli basqınlar həyata keçirib və müqəddəs hərəmdə Talmud ayinləri keçirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ