İsrail ordusundan sonra prezident Hersoq da BBC-ni hədəfə alıb. İngiltərə baş naziri Sunakın İsrailə səfəri zamanı görüşdüyü Hersoq BBC-dən "yayım siyasətini dəyişdirməyi" istəyib.
7NEWS.az xəbər verir ki, İngiltərənin baş naziri Rişi Sunakın Qəzzada qətliam törədən İsrailə səfəri zamanı "jurnalistika” da gündəm olub. İsrail prezidenti İsaak Hersoq Sunakdan "BBC-nin yayım siyasətini dəyişdirməyi" istəyib. İsrail prezidentliyindən verilən yazılı açıqlamaya görə, Hersoq səhər saatlarında hərbi təyyarə ilə İsrailə gedən Sunak ilə Qərbi Qüdsdə görüş keçirib.
7NEWS.az








