İsrail prezidenti Reuven Rivlin meksikalı həmkarı qarşısında bu yaxınlarda israilli baş nazir Binyamin Netanyahunun sosial şəbəkədə yazdığı Latın Amerikası ölkəsinin hakimiyyəti tərəfindən ABŞ-ın həmin ölkə ilə sərhəddə divar tikilməsinə dəstək kimi qəbul edilən statusuna görə üzr istəyib.
7news.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
"Mən, bu anlaşılmazlıq nəticəsində dəyən istənilən zərərə görə üzr istəyirəm, amma unutmayaq ki, söhbət anlaşılmazlıqdan gedir. Əminəm ki, bu məsələni geridə qoya biləcəyik”, - Meksika prezidenti Enrike Penye Nyetto ilə telefonla danışığından yəhudi dövlətinin rəhbəri Rivlinin sözlərini onun mətbuat xidməti sitat gətirib.
"Əminəm ki, heç kim İsrail və Meksikadakı vəziyyətlər arasında paralel aparmaq istəməyib”, - o əlavə edib.
Penye Nyetto deyib ki, tvit iki ölkə arasında əməkdaşlığa zərər vurub. Buna baxmayaraq, prezident həmsöhbətini Meksikanın İsrail ilə yaxşı münasibət saxlamaq istəyinə əmin edib.
Şənbə günü Netanyahu "Twitter” və "Facebook”da "Prezident Donald Tramp haqlıdır. Mən İsrailin cənub sərhədində divar tikdim. Bu qanunsuz miqrasiya axınının qarşısını aldı. Əla nəticədir, əla ideyadır, - yazıb.
7news.Az








