İsrail Ordusu Qəzza şəhərini tamamilə mühasirəyə aldığını açıqlayıb. ABŞ dövlət katibi Antoni Blinken münaqişə başlayandan bəri ikinci dəfədir İsraildə danışıqlar aparır.
7NEWS.az xəbər verir ki, İsrail Ordusu HƏMAS-ın bir çox mövqelərinə hücum edildiyini və Qəzza şəhərinin tamamilə blokadaya alındığını açıqlayıb. Mövzu ilə bağlı açıqlama verən ordu sözçüsü Daniel Hagari Qəzza şəhərinin "HƏMAS terror təşkilatının mərkəzi" olduğunu bildirib.
7NEWS.az








