RU
İsrail Qəzza zolağına hücumlarını davam etdirir: Onlarla ölü var
15:30
38

İsrail Qəzza zolağına hücumlarını davam etdirir: Onlarla ölü var

İsrail dünən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında onlarla fələstinlini ölüb.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə mənbələrindən məlumat əldə olunub.
 
Belə ki, Qəzzanın cənub-şərqindəki Əz-Zeytun səmtindəki Bədr məscidi yaxınlığındakı hücumda 6, Əbu Hasirə küçəsindəki bir evə təşkil edilən hücumda isə 2 fələstinli həyatını itirib.

Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsinin şimal-qərbində yaralanan və Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasında müalicə alan gənc də dünyasını dəyişib.

Qəzzanın cənubundakı Xan Yunus şəhərində İsrail ordusunun hava hücumları nəticəsində 24 fələstinli həyatını itirib.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ