RU
İsrail Qəzzada həlak olan daha iki girovun qalıqlarını alıb
10:10
44

İsrail Qəzzada həlak olan daha iki girovun qalıqlarını alıb

İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarından Qəzza zolağında həlak olan girovların qalıqlarının olduğu daha iki tabut alıb.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, hərbçilər tezliklə onları İsrailə aparacaqlar, orada məhkəmə-tibb ekspertləri qalıqların tanınması prosesini aparacaqlar. Həlak olanların adları hələlik açıqlanmır.

Bundan az sonra İsrail ordusunun mətbuat xidməti məlumat yayıb ki, ölənlərin qalıqları artıq ölkəyə çatdırılıb.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ