İsralin Baş Qərargahı hökuməti Qəzza bölgəsindəki hərbi əməliyyatları təxirə salmağa çağırıb.
7news.Az-ın məlumatına görə, hərbçilərin fikrincə, bölgədə əməliyyatlara yalnız İsrail ilə Qəzza arasındakı sərhəd divarının tikintisinin başa çatdırılmasından sonra başlamaq mümkündür.
Əks halda, reydlərin elə bir təsiri olmayacaq. Qeyd edək ki, İsrail ilə Qəzza arasındakı təhlükəsizlik divarının inşasına 2016-cı ildən başlanılıb. Divarın yarısı torpağın altına bərkidilib. Bununla hərbçilər fələstinlilərin sərhəd zolağında tunel tikmək planlarının qarşısını almağa çalışır.
7news.Az








