İsrail hərbçiləri Qəzza bölgəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının vasitəçiliyi ilə anklavda həlak olmuş girovların cəsədlərinin olduğu daha iki tabut alıblar.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.
Qeyd olunub ki, hərbçilər yaxın vaxtlarda tabutları İsrail ərazisinə çatdıracaqlar, burada məhkəmə-tibb ekspertləri cəsədlərin tanınması prosedurunu həyata keçirəcəklər.
Xatırladaq ki, bir neçə gün əvvəl daha iki girovun cəsədi İsrailə qaytarılmışdı.








