İsrailin təhlükəsiz bölgə olduğunu iddia edərək insanları qovduğu Qəzzanın Misirlə sərhədində yerləşən Rəfah şəhərinə hücumda onlarla fələstinli həlak olub.
7NEWS.az xəbər verir ki, İsrail Qəzzanın Misirlə sərhədindəki Rəfah şəhərinə hücum edib. AA-nın Fələstinin rəsmi agentliyi WAFA-dan verdiyi xəbərə görə, Rəfahdakı xəstəxana rəsmiləri İsrailin hücumları nəticəsində 100-dən çox adamın öldüyünü və yüzlərlə yaralının xəstəxanalara çatdırıldığını bildirib. Qəzza Səhiyyə Nazirliyi, İsrailin gecə boyu həyata keçirdiyi hücumlarda ən az 50 fələstinlinin həyatını itirdiyini bildirib.
7NEWS.az








