7NEWS.az xəbər verir ki, Hadisə şahidlərinin verdiyi məlumata görə, səhər saatlarında İsrail hərbçilərinin Burkin qəsəbəsinə keçirdiyi reyd zamanı İsrail qüvvələri ilə Fələstin silahlı qrupları arasında toqquşma baş verib. Cenin şəhər mərkəzi və Yabad qəsəbəsində basqına müqavimət göstərən İsrail qüvvələri ilə fələstinlilər arasında toqquşma baş verib. İsrail qüvvələri fələstinlilərə canlı güllə və gözyaşardıcı qazla müdaxilə edib. Onlarla fələstinli qazdan zərər çəkib.
7NEWS.az








