RU
İsrail qüvvələri İordan çayının qərb sahilinə reyd keçirib
15:54
51

İsrail qüvvələri İordan çayının qərb sahilinə reyd keçirib


7NEWS.az xəbər verir ki, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Yerixo şəhərindəki qaçqın düşərgəsinə basqın edib. Basqına reaksiya verən fələstinlilərlə İsrail qüvvələri arasında gərginlik artıb. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, 16 yaşlı Qusay əl-Valacinin və 25 yaşlı Məhəmməd Nucumun güllələnərək öldürüldüyü bildirilib. İsrail ordusundan verilən açıqlamada Fələstinlilərin Aqabat Cabr qaçqın düşərgəsində fəaliyyət göstərən əsgərlərə atəş açdığı və onların cavab verdiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ