RU
İsrail qüvvələrinin atəşi nəticəsində yaralanan fələstinlilərin sayı 6-ya yüksəlib
13:00
122

İsrail qüvvələrinin atəşi nəticəsində yaralanan fələstinlilərin sayı 6-ya yüksəlib


7NEWS.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail güllələrindən yaralananların sayının 3-dən 6-ya yüksəldiyi bildirilib. Açıqlamada yaralıların vəziyyəti ilə bağlı məlumat verilməyib. Fanatik yəhudilərin Məscidül-Əqsaya basqın etməsinə etiraz etmək üçün hasar sahəsinə toplaşan fələstinlilər İsrail tərəfinə təkərləri yandırıb və səs-küylü qumbara atıblar. İsrail qüvvələri nümayişçiləri real və rezin güllələrlə hədəfə alıb və onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ