7NEWS.az xəbər verir ki, HƏMAS daha əvvəl azad etdiyi girovların radio dinləmələrinə icazə verildiyini dedikdən sonra İsrail əsgərləri radio yayımlarının tunellərə çatmasını təmin etməyə çalışıblar. Əsgərlər çox uzun məsafələrə çata bilən tezlik diapazonuna malik tranzistorlu radio ilə Qəzza zolağının şimalında Həmas tunelinin dərinliklərinə daxil olublar. Təl-Əvivdən yayımlanan İsrail radiostansiyalarının tezlikləri artırıldıqda yerin 12 metr altındakı tuneldən radionu eşitmək mümkün olub.
7NEWS.az